Şeirlərinə yenilik hissi və azadlıq səpilən şair

 

 

pervanememmedliFikrət Qocaya ədəbi aləmə gəlişinə ilk seyir-dua verən  Azərbaycan modern şeirinin öncülü Rəsul Rza olmuş bu və sözləri söyləmişdi:

“…Fikrət Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir… Onun ən yaxşı şerlərində mədəni bir şairin, ürəyi sözlə dolu… bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik.”

Poeziyamızda sərbəst şerin yaradıcısı kimi tanınan Rəsul Rzanın yolunu tutdu sonralar Fikrət  Qoca.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirdi. İlk şeiri 1956 –ci  ildən mətbuatda çap olundu.Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında çalışdı. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Yazdığı əsərlərin mövzusunu  toplumun problemləri,sosial və lirik həyat səhnələri təşkil edir.Fəlsəfi  düşüncə sahibi olan şairin lirik səpgili şeirləri də çoxdur.
“Qağayı” ,  “Hamıya borcluyam” , “Dənizdə ay çiməndə” , “Yatmadağım gecələrdə” ,“Günlərin bir günü” , “Gül ömrü” , “İnsan xasiyyəti” və s. şeir və poema toplularının müəllifidir.
Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmişdir.. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunurdu. Nəsr sahəsində də qələmini sınayıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan çevirmələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Sovet  dönəmində insanlar onu düşündürən narahat edən, sualların cavabını çox zaman dövrün Rəsul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca kimi xalqa yaxın şairlərin şeirlərində tapırdı.  Bu şairlər yazdıqlarını oxucusunun qulağına pıçıldayırdı, bəzən etiraf edir, bəzən də fəryad edirdi.

Ümumiyyətlə, bu azərbaycan şairlərinin  əsərləri Sovet dövründə Stalinin şahsiyyətə pərəstiş və volyuntarizm dövründə dilə gətirilmiş deyilməyən dərin aşınmalardan, sarsıntılardan xəbər verirdi.

İctimai-siyasi, ictimai, ruhi sarsıntılarla dolu olan Sovet dövrünün 50-inçi illərinin II yarısında ədəbiyyat yeni bir nəfəs və mübarizə əzmi ilə həyata atıldı. Bütün Şərq ölkələrində olduğu kimi nəsr və dramaturgiya poeziya qədər yayğın olmadığından millətin mənəvi səfərbərlik missiyasını əvvəlcə poeziya boynuna götürdü. Burada isə cəsarətinə və milli pafosuna görə Fikrət Qoca şeiri ön mövqeyə çıxdı. İllərlə bir-birinin ardınca yazdığı şeirlər öz ictimai kəsərini, aktuallığını qətiyyən azaltmadan get-gedə daha dərin fəlsəfi məna qazanırdı.

SSRİ-çökdükdən sonra yaradıcılıqları Sovet sistemi ilə birlikdə yox olan yazarlar da az olmadı. Lakin sınmayanlar, şərəflə, alın açıqlığı ilə yaşaya-yaşaya öz yaradıcılığı üzərində çalışanların sırasında oldu Fikrət Qoca.

 

Sovet dönəmində şairlər  var idi ki, əsərlərin bir qisimini üzə çıxara bilmir,öz  arxivlərində saxlamağa məcbur olurdular. Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox yazarlar sandıqda gizlətdikləri  və arxivlərin bir küncündə qalan şeirlərini işıq üzünə çıxardılar.Fikrət Qoca təxminən altmış il “həbsdə” qalmış ”Bəsdir” adlı  şeirlərindən birində yazırdı:

 

Mənə öyrətmə
Nə pisdir, nə yaxşıdır,
Dəniz mavidi,
yarpaqlar yaşıldı,
Həqiqət ağdı,
yalan qara.
Get ora,
getmə ora…
Saxla!
özüm yaşayıb görərəm.
Bu istidə
bir yandan da sənin
cırcırama səsin.
Nə mən bu dünyada
qonağam,
Nə sən ev yiyəsi.

 

Fikrət Qocanın şeirləri tək deyim biçimi ilə eyil,düşüncə biçimi ilə də fərqlənir.Onun poetikasına sadəlik və satirik ruh hakimdir.

Bir məsəl var bizdə; kişilər ağlamaz.Fikrət  Qoca bu deyimə öz poetik fikrini gətirib, onu poetik həllini verib oxucunu gözlənilmədən şaşırdır:

 

Lazım gəlsə, ölərik biz,
Yaşarmaz gözlərimiz.
Kişilərin xəlvət axan
Göz yaşlarından yaranıb dəniz

 

Kişilərlə müqayisədə qadınların sirlərlə dolu ruhunu və daxili aləmini tam olaraq anlamaq mümkün deyil. Lakin şair Fikrət Qoca yenə də cəhd edib zərif cinsin gerçəkliklərlə zənginləşdirdiyi müdikliyini göstərir. Özünəməxsus notlarla fikrini belə tamamlayır:

 

Biri sevincdi,
biri kindi,
biri kədərdi.
Qadınlar özləri qədərdi.
Hər biri özünə bənzəyir,
hər qadın öz barmaq
izinə bənzəyir.

 

Fikrət Qoca ağrılı problemlərdən yazan  şairlərdəndir. Bəzən insan elə vəziyyətə düşür ki,öz səsi içində boğulur və qulaqlarında batır.Bu qəlbimizi göynədən Xocalı adlı qanı qurumayan bir yaranın fışıltısıdir,dünyada eşidilməyən  çeçenlərin səsidir;

Səsim içimdə mərmi olur,
İçimdə partlayır, boğulur,
Çeçenstanın səsi kimi,
Eşidilmir dünyada,
Eşitsələr də nə fayda,
Gələn olmaz fəryada.
Çox zaman hər şeyə vaxt ayırıb düzənləsək də,tək bir şeyi bacarmırıq.Özümüzlə tək qalıb,dərdləşmək,hesablaşmaq   ələ düşməz olur.Lap Fikrət Qocanın bir şeirində olduğu kimi

Adam bolluğunda elə boğuluram hərdən,
Qaçmaq istəyirəm
evdən, şəhərdən
Qohumdan, dostdan, tanışdan.
Özümün özümlə o qədər
söhbətim var,
Əgər vaxt tapıb danışsam.
Şeir bir ritm, yəni nəzm  sənəti olduğu üçün  öncə bir bəstə , nəğmədir,deyirlər. Bu nəğməni ifadə etmək üçün  də vəzn və dil ancaq və ancaq bir alətdir .Bunu F.Qocanın poetik parçalarında görməmək mümkün deyil.Onun ruhu oxşayan,qəlbə yatan çoxunun ürəyindən xəbər verən şeirləri bəstəçilər tərəfindən musiqiyə köçürülüb xalqın bəyəndiyi nəğmələrə dönüb. “Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və b. bu sıradadır. Eldən elə – dildən dilə gəzən bu mahnılar bir topluda kitab halında nəşr olunub.

 

Onun şeirlərində milliliklə bəşəri hisslər bir-birini tamamlayıb harmoniya təşkil edir.F. Qoca Azərbaycan  şeirinə siyasi itiliyi ilə fərqli yeni məzmun gətirmişdir. Bu zaman tarixin ibrət dərslərini səhifələməyi və bu fəryad edən ziddiyyətlərlə dolu dünyadakı gerçəklikləri  göstərməyi bacarır:

 

Başını qatmaq,
aldatmaq,
Səndən də bir şey qoparıb
satmaq istəyəcəklər.
Bu zorba ölkələrin
din – iman siyasətidir.
Onlar istəyəndə
Siyasət sərhəddir,
səddir.
İstəyəndə – nüvə silahıdır – Siyasət.
Günahsızların günahıdır – siyasət.
Siyasət – hər mərtəbədə oyundu.
Siyasət – ximeliondu.
Siyasət – rezin əmzikdi
kiçik xalqların ağzında.
Gözəl səslənir deyəndə, yazanda.
Əmziyi var, ağzı doludu, südü yoxdu.
Qarnı acdı,
siyasət sarıdan gözü toxdu.
Havada uçanlar, suda üzənlər,
yerdə gəzənlər,
hamısı bir – biri üçün ovdu,
hamısı müqəssirdir.
Fikrimi sevilmi şairimiz Fikrət Sadığın onun haqda yazdığı sözlərlə bitirmək istəyirəm.”Fikrət Qocanın şeirləri lap ilk şerlərindən tutmuş indiyə qədər sadəlikdən, zəngin bədii təsvir elementlərindən və müdriklikdən yoğrulmuşdur. Yeniliyə meyl onun canındadır. Şer — azad olmalıdır. Budur, məhəbbət.
Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şerlərinə.”fikret koca

 

admin

Ünel Medya

Related Posts

Sapanca Gölü kıyısında ikinci perde Kaçak yapılar birer birer kaldırılıyor…

SASKİ, Sapanca Gölü kıyısındaki kaçak yapı ve iskelelerin kaldırılması için ikinci etap çalışmalarını başlattı. Yasal sürenin dolmasının ardından iş makinelerinin sahaya indiği çalışmalarda bazı iskele sahiplerinin de desteği ile 8…

Gergerlioğlu, Kocaeli’deki elektrik kesintileri nedeniyle SEDAŞ’ı Bakana şikayet etti!

  DEM Parti Kocaeli Milletvekili Ömer Faruk Gergerlioğlu, TBMM’deki Enerji ve Tabii Kaynaklar Bakanlığı bütçe görüşmelerinde Kocaeli’deki elektrik kesintileri ve altyapı eksiklikleri nedeniyle yaşanan mağduriyetleri Bakan Bayraktar’a iletti. Bakanlık yetkilileri…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

You Missed

Sapanca Gölü kıyısında ikinci perde Kaçak yapılar birer birer kaldırılıyor…

  • By admin
  • Kasım 24, 2026
  • 6 views
Sapanca Gölü kıyısında ikinci perde Kaçak yapılar birer birer kaldırılıyor…

Gergerlioğlu, Kocaeli’deki elektrik kesintileri nedeniyle SEDAŞ’ı Bakana şikayet etti!

  • By admin
  • Kasım 24, 2026
  • 9 views
Gergerlioğlu, Kocaeli’deki elektrik kesintileri nedeniyle SEDAŞ’ı Bakana şikayet etti!

WİLDERS’E BİR ŞAMAR DAHA: TÜRK KÖKENLİLER HOLLANDA’NIN EN SORUMLU GÖREVLERİNE GETİRİLİYOR

WİLDERS’E BİR ŞAMAR DAHA: TÜRK KÖKENLİLER HOLLANDA’NIN EN SORUMLU GÖREVLERİNE GETİRİLİYOR

Karasu’da daha kaç canımızı kaybetmemiz gerekiyor?

  • By admin
  • Kasım 24, 2026
  • 12 views
Karasu’da daha kaç canımızı kaybetmemiz gerekiyor?

“İSLAM’A YER YOK” DİYEN WİLDERS’E BÜYÜK ŞAMAR!

“İSLAM’A YER YOK” DİYEN WİLDERS’E BÜYÜK ŞAMAR!

Gergerlioğlu, Kocaeli’nin tarihi miraslarına ve kültürüne sahip çıkılması için gerekli bütçenin ayrılmasını istedi!

  • By admin
  • Kasım 23, 2026
  • 15 views
Gergerlioğlu, Kocaeli’nin tarihi miraslarına ve kültürüne sahip çıkılması için gerekli bütçenin ayrılmasını istedi!