Sürgünler , yasaklar , milli katliamlar görmüş neslin temsilcisi …

 

 

 

pervanememmedliMirvarid Dilbazinin maraqla oxunan bir roman tək zəngin tərcümeyi-halı,kəşməkeşlərlə,əzablarla dolu bir ömür yolu olub.Bu ömür yolu da damla-damla,parça-parça   əsərlərinə keçərək onlara hopub.

Uşaqlıq və gənclik illəri-əsrin ən təlatümlü illərinə düşüb,ömrü mücadilə icində keçib.  M.Dilbazi  zaman-zaman xalqımızın  eləcə də ailəsinin,doğmalarının başına gətirilən müsibətləri ürəyindən keçirib, sətirlərə köçürüb. 30-cu illərin fəlakətli günlərininin şahidi olub.O müdhiş qara gecələrdə  döyülən qapılardan biri də onlarınkı olub. Atasının, gənc dayısının,babasının həbsinin, eləcə də doğmalarının  Sibirdən, Qazaxıstandan  yazdığı və  sonra ardı  qəfildən kəsildiyi məktubların  ağrı-acısını yaşayıb. Özünü sürgünlər,qadağalar,milli qırğınlar görmüş nəslin nümayəndəsi hesab edən şairə uşaqlığını zəhərə qatılmış badam içinə oxşadıb…

Mirvarid Dilbazinin ədəbi yolda ilk kövrək addımları ötən əsrin 30- cu illərinə təsadüf edib. İkinci dünya savaşının xalqımıza gətirdiyi mərhumiyyətlərin acısı yenə ömründən keçib. Müharibə illərinin barıt qoxulu  şeirləri yaradıcılığında əksini tapıb.Sonralar ömrünün ahıl  çağında yenidən erməni xəyanəti ilə üzləşən şairə xalqının dərdinə şərik olub, şeirlərində Qarabağ düyünü ilə bağlı əsil gerçəkləri göstərməyə çalışıb.

İlk şeiri 1927-ci ildə, ilk kitabı isə 1934-cü ildə çap olunub.Sonralar bir-birinin ardınca  yeni-yeni əsərlər,şeirlər, poemalar, pyeslər yazıb.

Özünü  ”el dərdli,el qızı” adlandıran şairə elin dərdindən yazmaqla  bərabər lirik şeirlər müəllifi idi.Kövrək qəlbli,saf təbiətli, incə duyğulu Mirvarid  xanım şeirlərində həmişə səmimi olub.Yaradıcılığında xalqa bağlılıq,təbiətə heyranlıq,torpağa vurğunluq uşaqlara sevgi əsas yer tutub. Vətənə, ana torpağa məftun şair Azərbaycanı qarış-qarış gəzib,böyük sevgi ilə onun hər bölgəsinə xas xüsusiyyətləri canlandırıb.Öz səmimiliyi və  sadə,oxunaqlı dili ilə uşaqların qəlbinə yol tapıb, gül balaları sehirli nağıllar aləminə aparan şeirlər yazıb.O poetik baxımdan  gözəl şeirlər yaradıb.Yəqin təsadüfi deyil ki, şeirlərində özünü” хalqın şeirlә nurlanmış mirvarisi” adlandırıb.

Mirvarid xanımın fərdi keyfiyyəti,şəxsiyyəti ilə sənət aləmi arasında bir qarmoniya hakimdir. Ona görə də  həyatını yararıcılığından,yaradıçılığını həyatından ayırmaq olmur. Mirvard Dilbazi  əsl vətəndaş  şair olduğundan yalnız bədii əsərləri ilə deyil,ictimai fəaliyyəti ilə də respublikamızın siyasi həyatında fəal iştirak edib.

KƏPƏNƏK QIZ

 

Mən bir körpə quş idim,

Təbiətin sehrinə

Yaman vurulmuş idim.

Peşəm çiçək dərməkdi,

Çiçəklər rəng-rəngdi…

 

Babam deyərdi: “Qızım

Qız deyil, kəpənəkdi”.

Nənəm deyərdi: “Qızım

Özü güldü, çiçəkdi”.

Anam deyərdi: “Qızım

Evimizə bəzəkdi”.

 

Arasında böyüdüm

Çiçəklərin, güllərin,

Göyərən taxılların,

Dən tutan sünbüllərin.

Ana qaranquşların,

Sevdalı bülbüllərin

Cəh-cəhiylə boy atdım,

Ürəyimdə bir dünya

Məhəbbəti yaşatdım…

 

İndi sükutu dərin…

Çiyinlərində yükü,

Ürəyində ağrısı,

Keçən ağır illərin

O kəpənək mənəmmiş?

O gül, çiçək mənəmmiş?

Dünya, ey fani dünya!

Gəl o “kəpənək” qızı

Sən indi tanı, dünya!

 

TƏKLƏNMİŞ MİLLƏTİM

 

Qoçaqların şan-şöhrətin,

Qorxaqların baş töhmətin

Olan, təklənmiş millətim!

Qoçağa, qorxaq deyilməz,

Heç zərbədən dağ əyilməz.

 

Qalx, ey adı oğul olan,

Torpağı düşmənə qalan,

Meşələrdə donan balan

Qısasa çağırır səni,

Qalx, qurtar doğma vətəni.

Kömək gəlir yad ellərdən,

O günü ağlayıram mən,

“İanəyə” qaldıq nədən?

Qəhrəmamm, gir döyüşə,

Düşmənlərlə dur döş-döşə.

Hanı o naz-nemət dolu,

Açıq süfrən, vətən oğlu?

Səadətin var bir yolu:

O, namus, qeyrət yoludur,

Düşmənə nifrət yoludur.

 

Laçının qəhrəmanları,

Kəlbəcərin aslanları

Şuşanın bəy cavanları,

Qubadlım, Zəngilanm,

Ay Ağdamın tərlanları

Barlı bağlar, ağ saraylar –

Sizi o torpaq haraylar.

Qalx ayağa, dağ vüqarım!

Qayıt yurda, namus, arlım!

Gəncim, qocam, başı qarlım!

Qalx, silaha sarıl daha

Qalx, and verirəm Allaha!

mirvari dilbazi

 

1993

 

 

More From Author

Sakarya Millet Vekili Yavuz;Bölge İdare Mahkemesi Kesinlikle Kapanmayacak

Sakarya Heyeti Bakan Çelik’i Ziyaret etti

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir