Etiket arşivi: Hersok

Bosna-Hersok seferindən anılar

Bosna-Hersok seferindən  anılar

 

pervane memedliBir çox dillərdə etnik şəxsiyyət göz önünə alınmadan bütün Bosniya-Hersoqovina xalqına bosniyalı deyilir. Ancaq Türkcədə tarixdən gələn yaxınlıqdan Bosniyalı deyildiyi anda Boşnaklar, yəni Bosniyalı müsəlmanlar termini nəzərdə tutulur.

1986-1993-cü illər arasında yaşanan qanlı vətəndaş müharibələrinin sonunda Yuqoslaviya parçalananda, boşnaklar başda Slobodan Miloshevich olmaqla serb milliyyətçiləri tərəfindən sistematik bir soyqırım  yaşadılar. Bu etnik təmizləmədə minlərlə boşnak həyatını itirdi,öz  yerlərindən,yuvalarından ayrı düşdü.Onu  da  eşitmişdim ki, bosniyalılar  bu barədə danışmağı  sevmirlər.Bəlkə də o illərin ağrısını hələ  unutmadıqlarındandır .Bu  savaşda itirdiklərini bir az fərqli xatırlayırlar onlar…

Sarayevo şəhərinini mərkəzində müasir  tikililərlə  yanaşı 90-cıillərin savaş izlərini daşıyan- yarıuçuq və divarları güllə  qurşunlarından dəlik-dəlik olmuş binalar gördüm. Müharibə illərinin acı xatirəsini daşıyan bu binalar açıq havada bir  muzey idi. Bələdçiyə  ehtiyac olmadan özü danışan bir  muzey.Eynən 90-ciillərdə mənim doğma Bakı şəhərimdəki  binaların divarlarını Qırmızı Ordunun  əsgərləri dəlmə-deşik etmişdilər.Amma onları indi gənc  nəsil ancaq qəzet və  kitablarda, filmlərdə görə bilər.

Sarayevoda mərkəzi küçələrdən birində kiçik parkda  əski məzar  daşları gördüm.Yaşıllıqlar  içində üstü qədim yazılarla(ərəb  əlifbası ilə) haşiyələnmiş,antik  əsərləri xatırladan əyilmiş  qəbir  daşlarının belə dekorativ və pozitiv olduğunu və şəhərin  mərkəzində qorunduğunu  ilk dəfə  görürdüm.pervana bosna1.jpg2

Bir  az  aralıda isə  Aliya İzzetbegoviçin məqbərə-movzeleyini əhatəyə  alan ağ rəngli  kütləvi  məzarlıq vardı.

Dünyanı  tərk edərkən “Çox yaşadım və çox yoruldum. İndi də sevgilim-sevdiklərimə qovuşmaq  istəyirəm,soyləyən  Bosna-Heɾsek Cumhuɾiyətini nin ilk prezidenti  Aliya İzzetbegović çox böyük əskəɾi  gücə və imkana sahib olan serblərə təpki göstərib, sinə  gərməyi bacaran təmkinli  bir  siyasətçi kimi xalqının qəlbində bugün də yaşayır. “Din əxlaqdır; onu həyata geçirmək isə tərbiyədir” düşüncəsində olan Aliya İzzetbegović  xalqına çağdaş dövrdə əsil islam dəyərlərinə sadiq qalmaqla, etnik kimlik və milli  dəyərləri  qorumağa yönlənmiş  bir düşüncənin,əməlin də həyata  keçirəni oldu. Böyük İslam mütəffəkiri Cəmaləddin Əfqani demiş ki, “Qərbə getdim – müsəlman görmədim, amma İslam gördüm , Şərqə getdim, müsəlman gördüm,amma İslam görmədim.” Bosniya  Şərqin son qapısı, Qərbin isə girişi  sayılır.Orada  yaşayan əhali slavyan dillərinə yaxın  olan dildə danışsalar  da etiqad baxımından əksəriyyəti  islama tapınıblar. (Bosniya Hersoqovinada Müsəlmanlar – 51% ,Pravoslavlar – 30% ,Katoliklər və Protestantlar – 19% təşkil edir.)

XV yüzillikdə Osmanlıların əlinə keçdikdən sonra Bosniyanın yerli xalqı olan Boşnakların müsəlmanlığı seçməsində Nəkşibəndilik böyük rol oynadı. O dövrdə bölgədə Blagay(coğrafi  yer) Təkkəsi – bir Bektaşi təkkəsi olaraq quruldu.pervana bosna1.jpg3

Osmanlılar xüsusilə Balkanlara (Yeniçərilər də Bektaşi dərgahına bağlı idi) göndərdikləri Bektaşi dərvişləri sayəsində çox qısa müddətdə yüz minlərlə adamın müsəlmanlaşmasının təməlini  qoydu. Bektaşi dərvişlərinin xoşgörülü olması və özəlliklə də doğru-dürüst rəftarları, tarix boyunca qarışıqlıq və döyüş içində yaşamış bölgə xalqının müsəlmanlığa böyük rəğbət bəsləməsinə səbəb oldu. Səfər  zamanı belə təkkələrdən birini ziyarət etmək bizə də qismət  oldu.pervana bosna1.jpg4

Bosniyanın daha bir füsunkar guşəsi  Mostara gedərkən  yol boyu cənnəti xatırladan gözəlliyi  ilə adamı valeh  edən zümrüd rəngli yam-yaşıl  ormanlar və əzəmətli dağlar  bol sulu  çümüşü çaylar diyarından doymaq olmurdu.pervana bosna1.jpg5

Monstar şəhərində Neretva çayı üzərində salınmış eyniadlı qədim körpü şəhəri tam  iki yerə  ayırır. Körpü XYI əsrdə Memar Sinanın yetişdirmələrindən olan olan Memar Xeyirəddin tərəfindən inşa olunub. Monstar körpüsü  qədim  abidə sayıldığındanYUNESKO tərəfindən siyahıya  alınıb  qorunur . Onun özəlliyi tək tarixi əhəmiyyətli və ya bir arxitektura möcüzəsi olması bağlı deyil. Yüz  illərdir ki,istər  ölkədə savaş olsun,istər sərt qış,istərsə də onu  görməyə gələn turist olsun,Mostar körpüsü üzərindən saysız –hesabsız insan yola salan fiziki və mənəvi bir körpü missiyasını  daşıyır. Əgər ayaq  saxlayıb bir özünə qulaq assaq, yəqinki,bizə fərqli çox hekayə danışardı nəsilləri  yola  salan bu körpü.pervana bosna1