Etiket arşivi: Chiristian

Səsi və görkəmi ilə Ajda Pekkanı xatırladan Semiramis

 

 

 

 

 

pervane memedli

 

Semiramis Pekkan. O görünüşü və səsiylə bacısı- ünlu türk  sənətçisi Ajda Pekkana çox bənzəyir, onları bəzən  qarışıq salırdılar. Onların həyat  yolları da oxşar olub. Hər ikisi sənət aləminə erkən başlayıb, kino və teatr sənətində özlərini sınayıblar. Sonralar musiqi həyatına qatılıblar. Artıq Türk estradasının idoluna  çevrilən və Türkiyədə “ minilliyin fenomeni” adına layiq görülən Ajda Pekkanı təqdim etməyə yəqin ki, ehtiyac  yoxdur. Amma onunla qoşa addımlayan və 60 -cı illərdən başlayaraq Ankara Sənət Teatrında sərgilənən bir çox tamaşalarda rol alan, filmlərə çəkilən, nəhayət “Bu nə forma həyat” və “Olamaz bu iş olamaz” mahnılarıyla səsini bütün ölkəyə eşitdirən, iki “Qızıl Valla”  mükafatlandırılan (Türkiyədə ilk dəfə “Qızıl Val” ödülünü almaq məhz Semiramis Pekkana nəsib olub) təkcə elə” Bana yalan söylediler” şarkısı ilə bu gün belə ürəkləri fəth edərək unudulmayan Semiramis ailə həyatı qurduqdan sonra İngiltərədə yerləşdi.

 

“Bana yalan söylediler”…

 

“Hatif alaturka” uslublu şarkılar söyləyən səsi və görkəmi ilə Ajda Pekkanı xatırladan Semiramis yaddaşlarda daha çox “Kimsəsiz adam” filmində oxu­­­duğu “Bana yalan söyledilər” şarkısı ilə qalıb. İspan Jose Felicianonun “Gipsy” mahnısının Türkcə versiyası – Əsin Ənginin oranjimanlığı və “ən sadə görünən eşq mahnısına belə bir həyat dərsi sıxışdırmağı bacaran şair” Fikrət Şeneşin qatıldığı “Bana yalan söylediler” Semiramisin duyğulu səsində cox düşündürücüdür. “Bir aleme indim yalnız. Yerde toprak, gökte yildız. Bir yan susuz bir yan deniz. İki el, bir baş verdiler. Bir çift göz ağlar da güler. Dört bir yanda benim gibiler. Doğru söz içinmiş diller. İşte kalbin sev dediler. Bana yalan söylediler. Kaderden bahs etmediler…Semiramisin həyatı da  şarkıda oxuduğu kimi oldu.

Ünlü sənət adamı Ərcümənt Qaraca ilə evləndilər. Çox xoşbəxt idilər. Amma bu uzun  çəkmədi. Oğlu Əmiri 5 yaşındaykən itirdi. Uzun müddət sevimli  yavrusunun itkisi ilə barışa bilmədi, sarsıntı içində yaşadı, üzüntü keçirdi. Sonralar hind əslli İngilis işadamı Gulu Lalvani ilə evlənib ikinci oğulu Zoranı həyata  gətirdi. Bu vaxt bəlkə özü belə yeddi illik musiqi və kino həyatını unutdu.

pervane hocam röportaj1.jpg3Londonda “Versace”,”Fever”,”Chiristian Guccinin ilk maqazin şəbəkəsini yaradan Semiramis

Səhnə aləmindən ayrı düşən Semiramis, incəsənət və biznes sahəsində çalismağa başladı .Və səhnədə olduğu kimi bu sahədə də getdikcə uğurlar qazana bildi. Semiramis musiqi və sinemada səsi,çəkiciliyi və istedadı ilə yanaşı yüksək zövqü,modern  və orijinal geyim tərzi ilə həmişə seçilirdi. İngiltərədə yaşadığı illərdə özünün söylədiyinə görə yüksək zövqü, “Versaçi”,”Fever”,”Kristian Qutçi” kimi aparıcı geyim firmalarının ilk maqazin  şəbəkəsini açır, avordlar alır.Beləcə Şərq-qərb mədəniyyətini  özündə  daşıyan və birləşdirən bu incə zövqlü, zərif türk qadını  Londonda ilk  elit butikləri yaradır.  Az qala həftədə üç dəfə Londonu tərk edib,dünyanın ən tanınmış modelyerlərinin  geyim üslubunu  yaşadığı ölkəyə  gətirib yayır. Sonralar ona baxıb  çoxları o cür butiklər açdı. Uşağı xəsətələnəndən  sonra bu işə bir il ara  verdi.İkinci övladı olanda isə tamamilə boşladı.

 

Kristian Qutçi ilə bir yerdə ”Meyzon  Franse”də(Fransız evi) işbirliyi.

Dumanlı Albionun ünlu sənət və iş adamları interyer dizaynlarını  əminliklə etibar etdikləri Semiramis.

 

Sonralar ev-interyer dizaynı ilə məşğul olmağa başlayır.Uzun illər bu sahədə çalışıb bilgilərini artırır. Kristian Qutçi ilə bir yerdə ”Meyzon  Franse”də(Fransız evi) işləyiblər.Semiramis Pekkan artıq bu sahədə professionallığı ilə seçilir.Dumanlı Albinosun ünlu sənət və iş adamları interyer dizaynlarını  əminliklə ona etibar edirlər. Bu siyahıda İngiltərə  kraliçaqsının yaxınları, ünlü aktrisa  Anastasiya Kinqskaya və digərləri var. Londonda”Homen qarden”, ”Arhitektural daycest” kimi dizayn qurumları ilə əməkdaşlıq edir. Los Anjelosda Kelif Alatonla  çalışıb. 4 ildən artıq Honq-Konqda yaşayıb yaradıb. Amerikanin “Dabl yu” jurnalının 1989-cı ildə çıxan sayında adı ”Dünyanın 100 məşhur qadınları sıyahısında  4-cü sırada  cəkilir.

Semiramis Pekkanla söhbət

İllər öncə Bakıda səfərdə olan Semiramis Pekkanla görüşüb bir yerde olduq. Çox xoş anlar  yaşatdı bizə. Ondan götürdüyümüz  müsahibəni oxucularımıza təqdim edirik. pervane hocam röportaj1.jpg2

Sayın Semiramis xanım, lütfən özünüzlə  bağlı oxuculara qısaca məlumat verərdiniz.

– Maddiyyatdan cox mənəviyyata önəm verən və yaşadığım olayların cavablarını öz içində axtaran, başqasının düşüncəsi və qanunlarla savasmaği deyil, qəbulla yaşamaği seçən bir insanam.

– Görünüşünüzlə və səsinizlə  bacınız Ajdaya çox bənzəyirsiniz. Sizi çoxmu qarışdırırlar?

– Elədir, bacım Ajda xanımla bizi bir-birimizə çox bənzədirlər və çox zaman da qarışdırırlar.

– Azərbaycana daha əvvəl gəldinizmi?

– Bu Azərbaycana ilk səfərim, onu ilk ziyarətimdir və bu məni cox həyəcanlandırdı.

– Bizim musiqimizi dinlədinizmi?

– Azəri musiqisini daha öncə çox dinlədim. Azəri musiqisi duyğuludu, onu özümə cox yaxın bilir, ondan çox zövq alıram.

– Azərbaycanda sizi ən çox nələr cəlb etdi?

– Azərbaycanda xalqıma yaxın olan bir toplumun olmasi məni cox təsirləndirir. Dil və eyni kulturu paylşmaq, məni Azərbaycan xalqına daha da yaxın hiss etdirir.

– İnsanlarda hansı zövqləri daha çox bəyənirsiniz?

–  Mən hər kəsin özü kimi olmasını seçərəm. Doğrusu, hər kəsin öz zövqü ilə yaşamasını təqdir edərəm.

– Xoşbəxtlik nədir?

– Xoşbəxtlik mənim icin insanların özünün fərqində olub, özünü hər halıyla qəbul edib sevə bilməsidir.

– Həyatınızdakı 3 xoşbəxt gün.

– Mən onsuz da hər anımı xoşbəxt yasamayi secən və bu mutlulugu daim kılmak ücün də yasadığım hər andan bir sey anlayıb qəbul edən bir insanam. Bu gün mənim 3 xoşbəxtlik anı tərifim cox kısıtlayıcı olacaqdır.

– Hansı xarakterdəki insanlardan nifrət edərsiniz?

–  Həyat içərisində qırıldığım insanlar ola bilər, amma nifrət mənim icin tanimadigim bir duyğudur.

– Ən sevdiyiniz məşğuliyyət?

– Estetik və gözəl olan hər seyi yaratmaq mənim için böyük bir zövqdür və məni cok həyəcanlandırar.

– Hansı növ kitabları oxumağı sevərsiz? Sevdiyiniz yazar varmı?

Mən hər dürlü kitabı oxumağı sevərəm. Anda ki, secimlerim mənim hansı kitabı oxuyacağımı mənə göstərir.

– Daha çox hansı ədəbi və kino qəhrəmanlarını sevərsiniz?

–  Həyatimin hər donəmində yazarlar haqqındakı, secimlerim dəyişmişdir və  mənim icin ən doğru və ən sevdigim yazar onlar olmuştur. O üzdən  bir siyahı etmək mənə dogru gəlmir. Məsələn, bu son zamanlarda bir arkadaşımın yazdığı kitabı oxuyuram və mənim icin şu anda ən sevdigim yazar o. Rolunu yaxşı oynayan və seyrettigim oyun da ki, o rolu gercəkmiş kimi mənə hiss etdirən hər oyunçunu təqdir edərəm.

– Azərbaycan yazarlarından kimlərisə oxudunuzmu?

– Azərbaycandan olan yaxın arkadaşım Sevinc Bağırova mənə Elxan Zalın şeir kitabını verdi. Bu şeirlər çox xoşuma gəldi. Başqalarını heç oxumadım.

– Ən çox bəyəndiyiniz yeməklər ?

– Turk mutfagindan (mətbəxindən) sonra mənə ən uyğun damaq dadı Uzakdogu (Uzaq Şərq) mutfagidir.

– Xoşlandığınız çiçəklər?

– Hər cicək gözəldir amma, dogadaki çirk cicekleri favoritimdir.

– Ən çox hansı şüarı bəyənirsiniz?

– Hər insanin özünə xas, özünü ifadə edən bir şüarı şübhəsiz vardır. Mənim ən cok bəyəndiyim şüar “Be yourself” yəni “özün ol “şüarıdır.

– Çox illər keçməsinə baxmayaraq sizi heç unutmayan, pərəstişkarlarınıza nə söyləmək istəyərsiniz? Onlara gələcəklə əlaqədar nə kimi müjdə verə bilərsiniz

– İllər boyunca məni unutmayan pərəstişkarlarımın, mənim də onları könlümdə dasıdığımı bilmələrini istəyirəm. Cünku mənə göstərdikləri sevgi və sayqını  hər bir vaxt ürəyimdə  hiss etdim və daim  də hiss edəcəyəm.

-Uzun  illərdən bəri Londonda yaşayırsınız, orada türklərə necə bir  yanaşma var?

–  Londonda yasadigim 35 il içərisində hec bir ayrıcalık hiss etmədim, əksinə basarılı bir Turk  kadini olaraq həm özüm, həm də Turk xalqı adına çox önəmli təqdirlər aldım. Bu da məni bir Turk qadını  olaraq cok qürurlandırdı.pervane hocam röportaj1