Meşhur Azerbayacan şarkısı “Size salam getirmişem” və “Aman ayrılıq” ın besteçisi kimmiş biliyormuyduz?

 

«Ayrılıq» mahnısını dinləməyən, heç olmasa hərdən bir züm-zümə etməyən bir azərbaycan türkü çətin ki, tapılsın. Sovet dönəmində xeyli müddət bu mahnının, eləcə də «Sizə salam gətirmişəm», «Təbrizim» kimi mahnılarının bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanılır, ya da anonim olduğu bildirilirdi. Səbəbi  də yəqin ki, bəstəkarın-bəstəçinin Arazın o tayından olması ilə bağlı idi.                                                                                                                      pervane2-279x136

Əli Səlimi 90 il bundan öncə 1922-ci ildə Bakıda dünyaya gəlmiş və ilk təhsilini də burada almışdı.. Anası Bakıdan, atası isə Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. 1938-ci ildə Əli Səlimi ailəsi ilə birlikdə  vətəndən-vətənə  sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duydugu bu acı, daha sonralar nisgilli bir nəğməyə çevrilən «Ayriliğ»a çevrildi.

Hələ uşaq yaşlarından musiqiyə olan meyili, xüsusilə xalq mahnılarına olan böyük həvəs onu həmişəlik bu ecazkar dünyaya bağladı. Hələ Əlinin 10 yaşı olanda tanınmış sənətkar Əhməd Bakıxanov onda xüsusi musiqi duyumunun olmasını görüb onunla məşğul olur. Musiqi məktəbini də Ə. Bakıxanovun sinfində bitirir. Görkəmli tarzən bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açır.  Beləliklə, gənc  Əli  müxtəlif  konsertlərdə iştirak edir. Sonralar Əli Səlimi özünün bir musiqiçi kimi ortaya çıxmasında Ə.Bakıxanovun qayğısını minnətdarlıqla xatırlayırdı.

Bakı ona musiqinin ilk qapısını açmışdısa, Təbriz onun bəstəkar kimi formalaşmasına bilavasitə təsir göstərmişdi.

Onun bəstələdiyi «Elim, günüm, şövkətim», «Ceyran sevgilim», Səni görəndən bəri», «Açıl səhər», «Fantaziya», «Səməd xatirəsi», «Rəhilə», «Apardı sellər Saranı», «Vətən suitası», «Səkinə dayı qızı», «Köçəri», «Seçim», «Savalan» və s.  bu kimi 30-a yaxın ruhu oxşayan mahnıları və filmlərə yazdığı musiqi Azərbaycanın və İranın sərhədlərini aşmışdı. Əli Səliminin bəstələdiyi mahnı sözlərinin əksəriyyətinin müəllifi Fərhad təxəllüsü ilə şerlər yazan ərdəbilli şair Rəcəb İbrahimi idi.

Əli Səlimi heç  zaman  sevimli tarından ayrılmadı, həmişə öz üzərində çalışdı. Dünyanı bürüyən «soyuq savaş» İrandan da yan keçməmişdi. Amerikanın təsirilə İran da SSRİ-nin apardığı təbliğatın qarşılığı olaraq radio propaqandasını gücləndirdi. Azərbaycan türkcəsində verlişlər hazırlayıb Sovet Azərbaycanının əhalisinə təsir göstərmək istədi. Bu verlişlər, əlbəttə, musiqisiz keçinə bilməzdi. Ona görə də Əli Səliminin orkestr təşkil etməsinə, mahnılar yaratmasına, həmin mahnıları efirdə səsləndirməsinə şərait yaratdı. Sovet Azərbaycanının əhalisinə təsir üçün yaradılmış orkestr və yazılan musiqilər sürətlə İranda da yayıldı. Həmin mahnıları yalnız Azərbaycan türkləri deyil, İranda yaşayan başqa xalqlar da həvəslə dinləyib və öz məclislərində oxudular. Beləcə   50-ci illərin əvvəllərində Əli Səlimi İranda Tehran radiosunda işləyərkən ciddi  maneə və çətinliklərə baxmayaraq, Azərbaycan musiqisini, xüsusən xalq mahnılarını öz proqramına daxil edirdi.

Əli Səlimi bir müddət Tehranda «Radio İran»da çalışdıqdan sonra onu, Fatma Qənnadi (Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadinin gözəl səsi vardı, onlar birlikdə çalışırdılar) və b. yoldaşlarını da işdən çıxarırlar. Ancaq onlar toylarda və el şənliklərində çıxışlarıyla güzaran keçirir, işsizlik sorunlarını da həll edirlər.

1978-ci ilin iyun ayında onu Təbrizdə yeni yaradılan radio televizya orkestrini qurmağa dəvət edirlər. Təbrzə yeni orkestr yaratmaq, gənc musiqiçilər yetişdirmək istəyi ilə gələn sənətkar  «Rudəki» salonunda da orkestr qurur. Lakin bu  o qədər də uzun sürmür. Ölkədə islam inqilabının baş verməsi, din xadimlərinin musiqini qadağan etməsi Əli Səlimini çətin vəziyytə salır. Bütün bunlara rəğmən, Səlimi ruhdan düşmür, uşaqlara yarıgizli musiqi təhsili verməklə fəaliyyətinə davam edir, bədii yaradıcılığından da qalmır.

1961-ci ildə  sevimli müğənnimiz Rəşid Behbudov İranda qosrtol səfərində olarkən «Ayrılıq» mahnısını böyük maraqla dinləyir. Sonra onu öz repertuarına daxil edib böyük ürək yanğısı ilə ifa edir. Bu məşhur mahnı Rəşid Behbudovdan başqa digər tanınmış sənətkarlar, İranın kino ulduzu , müğənni, güneyli Ququş, Türkiyədə Zəki Müren, İrandan mühacirətə getmiş Yaqub Zürüfçü,  xalq artistimiz Gülağa Məmmədov  və b. məharətlə səsləndirmişlər.

Azərbaycanın digər məşhur  müğənnisi Şövkət Ələkbərova İrana qastrol səfərinə gedəndə onun səsindən ilham alan Əli Səlimi Rəcəb İbrahimlə birgə «Şövkətə alqış» mahnısını yazdılar. Bu mahnını da ilk dəfə Fatma Qənnadi oxudu. Mahnı uzun zaman repertuardan düşmədi. Şah rejimi dövründə ölkədə rəsmi yerlərdə fars dilindən başqa yerli dillərdə – Azərbaycan türkcəsində, kürdcə, ərəbcə, lorca, bəlucca və b. dillərdə danışmaq qadağan olunduğu halda Əli Səlimin mahnıları toylarda, məclislərdə, toplantılarda oxunub, böyük maraqla qarşılanırdı. Bu da ana dilinin unudulmamasına, bu dildə yeni əsərlər yaradılmasına şərait  yaradırdı.

«Ayrılıq» mahnısına ötən əsrin 80-ci illərin sonunda ikinci ömür bəxş edən və ona siyasi məna aşılayan müğənni Yaqub Zürufçu oldu. O dövrdə xaricdə yaşamağa məcbur olan Yaqub Zürufçu «Azadlıq» meydanında «Ayrılıq» mahnısını dizi üstə çöküb oxumuşdu. O illərdə Bakıda  xalqın azadlıq  hərəkatının mərkəzi məkanı olan «Azadlıq» meydanında dahi Üzeyir bəyin «Koroğlu» üvertürası bütün Quzeyi birliyə gətirdiyi kimi, «Ayrılıq» da  o vaxtdan Azərbaycanın iki parçasını Güneyi və Quzeyi mənəvi birləşdirmişdi.

1978-ci ildə Ərdəbilli şair Valeh Mahmud Dəstupuşun şerinə ona növbəti misilsiz uğur gətirən  «Sizə salam gətirmişəm»  mahnısını  yazır.

Əli Səlimini populyarlaşdıran mahnılardan biri də «Sizə salam gətirmişəm»dir. Qeyd edək ki, bu mahnını ilk dəfə Güneydə Əli Səliminin həyat yoldaşı – Fatma Qənnadi səsləndirib Bu mahnını  məşhur «Qaya» ansamblı 40 ilə yaxın repertuarında olub. Uzun müddət müəllifi bilinməyən və bəzən də bəstəkarın digər bəstələri kimi başqa müəllifin adına çıxılan»Sizə salam gətirmişəm» mahnısı Ə. Səliminin Türkiyədəki yetirməsinin ifası və səyi nəticəsində müəllifini tapır. Belə ki, xoş bir təsadüf nəticəsində Qars vilayətinin millət vəkili bu mahnı haqda öz təəssüratını Türkiyənin o vaxtkı prezidenti mərhum Turqut Özala söylərkən, prezident bəhs olunan mahnını dinləmək istəmişdi. Mahnını eşitdikdən sonra isə ondan həzz aldığını  və böyük qürur hissi keçirdiyini söyləmişdi. Türkiyə mətbuatı bu hadisəni  geniş işıqlandırmış və müğənni  Cavad Çavuşi və prezident Turqut Özalın birgə çəkilmiş şəkillərini vermişdi.
1997-ci ildə Ankarada Əli Səliminin 75 illiyinə həsr edilmiş toplantıda müəllifin tarda və bəstəkar Cavanşir Quliyevin royalda müşayiəti ilə Azərbaycanın xalq artisti Flora Kərimovanın ifasında «Ayrılıq» mahnısının yüksək peşəkarlıqla səslənməsi türk dünyasında silinməz iz qoydu.

Tehran radiosunda uzun müddət  15 dəqiqəlik Azərbaycan musiqisinin səsləndirilməsi onun səyi və fədakarlığı sayəsində baş tutmuşdu. O hələ sağlığında Güney Azərbaycanda öz məktəbini yarada bilmişdi. Bu gün Əli Səliminin  Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində yaşayan yetirmələri Azərbaycan musiqisində milli ənələrin yaşamasında böyük əmək və fədakarlıq  göstərirlər. Yaradıcılığını öncə Tehranda , sonra isə Təbrizdə davam etdirən Əli Səlimi ömrünün son illərində Təbrizin milli orkestrinin rəhbəri vəzifəsində  çalışdı. Təzyiqlərə və qadağalara baxmayaraq, Təbrizdə «Musiqi evi» yaradaraq Azərbaycan musiqisini təbliğ edib musiqiçilər hazırladı.

1999-cu ildə yaratdığı əsərləri ilə  xalqının qəlbində ölümsüzlük qazanan böyük bəstəkar əbədiyyətə qovuşdu.

2007-ci il dekabr ayının ortalarında isə bəstəkarın ata-baba yurdu Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Yenə də həmin ilin  dekabrın 15–16-da görkəmli bəstəkar Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.

 

 

 

 

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir