Ernest Heminquey bir dəfə belə bir iddia irəli sürdü; o,hamını riqqətə gətirə bilən çox  kiçik  ölçülü hekayə yaza bilər.Və o bunu bacardı…
«For sale: baby shoes, never worn».
”Uşaq çəkmələri satılır. Heç vaxt geyilməyib.”(Bu 6 kəlməlik hekayə çox kədərli idi.Burda dünyasını dəyişmiş uşağın geyə bilmədiyi çəkmələrdən söhbət gedirdi.)
O vaxtdan çoxlarının dinci ərşə çəkildi. Cəmi 6 sözü qapsayan və oxucu qəlbinin sarı siminə toxunub onu heyrətləndirmək üçün sınaq meydanına atılanlar çox oldu.
- Qərib biriləri. Dostlar. Ən yaxşı dostlar. Aşiq-məşuqlar. Qərib biriləri.
 - “Qapını səhv salmısınız”, -deyə bir tanış səs bildirdi.
 - Yolçular, indi sizinlə danışan kapitan deyil.
 - Mən bir ruh qohumum ilə görüşdüm. O isə mənim kimi fikirləşmir.
 - Paraşüt satıram.Heç zaman açılmayıb,azacıq ləkələnib.
 - Bu, bizim qızıl toyumuzdur. Masa birnəfərlikdir
 - Bu gün mən bir daha özümü anama təqdim etdim.
 - Səyahətçi hələ də siqnallar göndərirdi. Yer isə yox.
 - Əlimdəki çiçəklərlə evə gəldim. Açar qapıya düşmədi.
 
10.Mənim anam mənə üz qırxmağı öyrətdi.
- Bizim yataq otağımız. İki adam səsi. Qapını döyürəm.
 - Mən aşağı atıldım. Amma sonra vaz keçdim.
 - Kölgəm elə indicə mənə göz vurdu.
 - Bağışla, əsgər, biz ayaqqabıları çüt -cüt-cüt satırıq.
 - O şüşə qabdan arvadının qatilni yemləyir.
 - Belə təsəvvür elədi ki,yetkindi. Böyüdü. Təsəvvürünü itirdi.
 - Cərrah xəstəni sağaldır. Xəstə Allaha dua edir.
 
Çevirən Pərvanə Məmmədli